Sinənizin elastikliyi üçün 4 üsul

01.07.2016

Biz xanınların sinələri forma və ölçüsündən aslı olmayaraq möhkəm, elastik olmalıdır. Buna görə də, daima dərinin tonusunu və elastikliyini qorumalıyıq. Gözəl, elastik sinəyə sahib olmaq üçün sizinlə bəzi hiylələri bölüşürük. Bunlar, xüsusilə, çimərlik və yay mövsümündə yerinə düşən hiylələrdir.

Dərinin qorunması

Sinənin dərisi çox həssas və nazik olduğundan günəşin zərərli təsirlərinə qarşı da həssas ola bilir. Buna görə də, sinə və boyun dərisini erkən yaşlanmadan, günəş ləkələrindən qorumaq üçün səhərlər SPF 25, çimərlik zamanı isə SPF 50 günəşdən qoruyan kremdən istifadə edin.

Pilinq

Dərinizə hamarlıq bəxş etmək və tonusunu qaydasında saxlamaq üçün həftədə 2-3 dəfə yüngül pilinq təsirli kosmetik süd istifadə edin. Onu masaj hərəkətlərilə dərinizə tətbiq edin. Nəticədə qan dövranınız yaxşılaşacaq, hüceyrələr yaxşı inkişaf edəcək, beləliklə də, dərinizin gənc qalmasını təmin etmiş olacaqsınız.

Sinəni necə elastik etmək olar?

Sinənizin formasını itirməməsi və möhkəm qalması üçün onun elastikliyinə diqqət edin. Hər dəfə duş alarkən sinənizin möhkəmliyini və elastikliyini bərpa etmək üçün bu hissəyə soyuq duş tətbiq edin. Düzdür, bu, o qədər də xoş deyil, amma elastiklik üçün vacibdir.

Gücləndirilməsi

Döş əzələlərinizi tonusda saxlamaq üçün 2 bəsit məşq hərəkətini etməyiniz kifayətdir. 

Birinci hərəkət: Jimdir. Bu, əzələ qrupu üçün ən effektli və hərtərəfli məşq növüdür.

 İkinci hərəkət: Maksi əllərdir. Ayaqları çiyinlər bərabərində qoyun, bədəninizi önə tərəf əyin, kürəyinizi düz saxlayın, əllərinizi də tam olaraq hər iki ayağınıza qoyun. Bu hərəkət sizə elastik sinə və düz qamət bəxş edəcək.





© 2015 foxy.azBütün hüquqlar qorunur.