Mövsüm dəyişikliyində dərini qorumağın üsulları

24.11.2015

Zaman dəyişikliyi təksə əhvalımıza deyil, həm də, dərimizə də təsir edir. Qaranlıq və tutqun havalarda enerjimizi qoruduğumuz kimi dərimizin parlaqlığını və sağlamlığını da qoruya bilərik. Bunun üçün Foxy sənə üsullar təqdim edir.

Əgər gününün çox hissəsini ofisdə işləyərək keçirirsənsə dərin ehtiyacı olan D vitaminini almaqda problem yaşayır. Xüsusilə də, ideal kiloya çatmaq üçün pəhriz saxlayırsansa D vitamininə çox ehtiyacın olur. Çünki D vitamini pəhrizdə olarkən itirdiyimiz qidalanma dəyərini geri qaytarmağa kömək edir. Bu da pəhrizlə bərabər dərinin gözəlliyinə də yaxşı təsir edir. 

Qidalanma dəyərlərini düzgün şəkildə təmin etdikdə dərimiz də daha sağlam və parlaq olar. Nahar fasiləsində isə itirdiyimiz enerjini bərpa etmək üçün tez-bazar olsun deyə kofe içirik. Enerjmizi bərpa edərkən içdiyimiz kofe kimi dərimizin də ehtiyacı olan dopinqi təmin etməyimiz lazım gəlir. Bunun üçün isə ən düzgün zaman günəş batmamışdan əvvəlki  saat 15:00 radələridir. Bu saatlarda günəşin verdiyi şüalar dərinin nəmlənməsinə səbəb olur. Günəşdən əlavə isə dərinin dopinqini təmin edən digər vasitələr isə nəmləndircilərdir. Hava günəşli olmasa belə dərinin dəmləndirmək üçün çalış. Bunun üçün evdə olan təbii nəmləndirici vasitələrdən və ya nəmləndirici kremlərn istifadə edə bilərsən. Ən asan vasitə isə xiyar suyu və qabığı, vazelin, zeytun yağıdır.





© 2015 foxy.azBütün hüquqlar qorunur.