L’Occitane-dan “İlahi Solmaz çiçəyi” kolleksiyası - əbədi gəncliyin açarı

06.10.2017

Cavan, gözəl və təravətli qalmaq hər bir qadının istəyidir. Bunun üçün əlimizdən gələni edir, hər yeni çıxan yaşlanma əleyhinə kremləri, kosmetik və estetik proseduraları sınaqdan keçiririk. Çoxumuz isə tamamilə orqanik vasitələrlə gəncləşmək və gözəlləşmək istəyirik. Bu yerdə təbii ki, köməyimizə fransız brendi L’Occitane və onun əbədi cavanlığa həsr etdiyi “İlahi Solmaz çiçəyi” kolleksiyası gəlir.

“İlahi Solmaz çiçəyi” kolleksiyasının məqsədi


“İlahi Solmaz çiçəyi” kolleksiyasının əsasında solmaz çiçəyinin efir yağı dayanır. Bu yağın vəzifəsi kollegenlərin sayını artırır, dərinin mikro dövranını sürətləndirir, sirtuin istehsalını da artırır. Bütün bunlar dərinin qocalmasının qarşısını almağa qulluq edir. Bu İlahi kolleksiya dəriyə rahatlıq verir, onun parlaqlığını geri qaytarmaqla onun gənc görünməsini təmin edir. Bir sözlə, “İlahi Solmaz çiçəyi” kolleksiyası qlobal bir qocalma eleyhinə qulluq ritualını sizə təqdim edir. 

“İlahi Solmaz çiçəyi” kremi


Onlarla mükafat almış və ən çox satılan brend indi də ətraf mühitin təcavüzkar təsirlərindən dərinin qorunmasını gücləndirmək üçün daha çox solmaz çiçəyi efir yağından istifadə edir. Məhsul unikal zənginləşdirilmiş qidalandırıcı formulaya malik olsa da, təəccüblü dərəcədə yüngül teksturaya malikdir. Krem dərini daha yumşaq və daha elastik hala gətirməklə, dəriyə sözün əsl mənasında sağlam parlaqlıq bəxş edir. Kremin tərkibindəki efir yağı, vitamin C və cəfəri ekstraktı dərinin piqmentləşməsinin qarşısını alır, xiyar, ekium dərini qidalandırır, nəmləndirir, minerallarla təmin edir.

“İlahi Solmaz çiçəyi” yağı


Kiçik şüşədə sanki sehirli güc gizlənib. Bu şüşənin içərisində daha çox solmazçiçəyi efir yağı var ki, o dərini bütün mənfi təsirlərdən qoruyur, qidalandırır, elastiklik və parlaqlıq verir. Eyni zamanda bu yağ, dərinin “anti-aging” xəttinə də təsir edir və dərinin yaşlanmasının müddətini uzadır. Bu yağı istifadə etməklə gündən-günə dəri yaxşı mənada dəyişir – daha çox hamar və elastik olur.
 

“İlahi Solmaz çiçəyi” serumu


Təravətləndirici gel tərkibə malik olan serum dəridə nazik şəkildə qalır, dəri tərəfindən tez əmilir, hər bir damcısı dəridə işıq saçan damla kimi görünür. Serum dərini qidalandırır, daha elastik və zəriflik bəxş edir. Xüsusilə, effektiv şəkildə “İlahi Solmaz çiçəyi” xəttinin digər vasitələrilə birlikdə yaxşı işləyir.
Krem və yağ serumla birlikdə istifadə edildikdə daha çox cavanlaşdırıcı təsir bəxş edir. Serumu istifadə etdikdə dəri daha parlaq olur və qırışlar da hiss edilən dərəcədə azalmağa başlayır.

“İlahi Solmazçiçəyi” gözətrafı dəri üçün balzam


Balzamın tərkibindəki efir yağları gözətrafı dərinin yenilənməsini təmin edir, gözaltı qaralmaları aradan götürür, bundan əlavə gözaltı şişlərin də yaranmasının qarşısını alır, gül suyu isə gözdə olan qıcıqlanmaları aradan qaldırır.

“İlahi Solmaz çiçəyi” üz təmizləmə balzamı

Balzamın həddən artıq hissiyyatlı, zərif teksturası var. Balzam dəriyə təmas etdikdə əriyir və zərif maye yağa çevrilir. Teksturası sayəsində dərini bütün makiyaj və çirkdən asanlıqla və dərindən təmizləyir. Üz makiyajı ilə yanaşı, göz makiyajını da bu balzamla silmək mümkündür.

“İlahi Solmazçiçəyi” üz təmizləmə köpüyü
Köpük də zərif teksturaya malikdir. İpəksi krem formulu nəinki effektiv dərəcədə çirki və makiyajı təmizləyir, hətta dəriyə köpüyün zərif toxunuşu zövq də verir. Su ilə kontakta keçən zərif köpük dərini inanılmaz dərəcədə təmizləyir. Tərkibindəki E vitamini və solmaz çiçəyi efir yağı dərini təmiz,
yumşaq edir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.