I love Spring - L'Occitane “Cherry Blossom”

01.03.2017

İlk yaz mehinə qarışaraq uçuşan gilənar çiçəkləri... Onlar olduqca nadir və qiymətlidir. L'Occitane-nın yaradıcısı Olivye Bossan da bu incə və yüngül "Cherry Blossom" ("Albalı çiçəyi") ətri ilə çiçəkləmiş albalı ağacının incəliyini və bədiiliyini ifadə edir.

L'Occitane "Cherry Blossom" kolleksiyasının tərkibindəki albalı çiçəyi və onun incə poetik gözəlliyi ilə baharın ilk günlərini qeyd etməyə başlaya bilərsiniz.

Fransanın Lyuberon vilayətində yetişdirilən giləmeyvə mövsümdən asılı olaraq rəng dəyişir: yazda ağ, yayda qırmızı, payızda isə açıq yaşıl.

L'Occitane “Albalı çiçəyi” seriyasının bədənə qulluq vasitələrinə parıltlı bədən losyonu, duş üçün qel, əl kremi və tualet suyu daxildir. 

L’Occitane Cherry Blossom Shower Gel (Duş qeli)

Duş qeli su ilə təmas etdiyində çox narın köpüyə çevrilir və duş almaq daha da zövqlü olur. Duş qeli müstəqillik, təmizlik və əlbəttə ki albalı çiçəyi qoxur. Duş aldığınız zaman qoxusu gün boyunca sizinlə qalacaq. 

L’Occitane Cherry Blossom Shimmering Lotion (Parıldadıcı Losyon)

Parıltı??? Bəli, losyon gün boyunca dərinizə parlaqlıq verir, çünki tərkibi parıltıdan və xoş qoxudan ibarətdir. Shea yağı ilə zənginləşdirilmiş losyon dərini nəmləndirir, incə və çiçək qoxusu dərini bütünlüklə bürüyür, yazın ilk günlərində albalı ağacı çiçəyinin qoxusunu hiss etdirir.

L’Occitane Cherry Blossom Hand Cream (Əl kremi)

Əllərinizi yapışqanlıq hissi buraxmadan nəmləndirmək istəyirsinizsə bu kolleksiyanın əl kremi ideal seçimdir. O, gün ərzində əlinizi yumşaldır, nəmləndirir və yüngül qoxu buraxır.

L’Occitane Cherry Blossom Eau de Toilette (Tualet suyu)

Və nəhayət bahar kimi təzə, fərqli olmağı sevənlər üçün ideal tualet suyu... Çox zərif, incə və heyranedici qoxuya malik olan  bu tualet suyu ilə feminen mühit yarada bilərsiniz. Ətrin intensiv qalması üçün eyni seriyanın duş qeli və bədən südündün istifadəsi məsləhətdir. Əminik ki, bu tualet suyu yazı sevən hər kəsin ən sevimli qoxusu olacaq. 

Havanın oyanışını və yazın gəlişini qeyd etmək üçün bu seriya həm özünüzə, həm yaxınlarınıza ideal hədiyyə seçimi ola bilər.

1976-cı ildə Fransanın Provans bölgəsində Olivye Bossan tərəfindən yaradılan L'Occitane hər zaman təbiətlə iç – içə olub. Brend həmçinin özünün xeyirxah işləri ilə də yadda qalır. Quruluşundan etibarən cəmiyyət üçün də hər zaman yararlı layihələr həyata keçirir. İldə təqribən 1 milyon avroluq büdcə ilə L'Occitane Xeyriyyə Fondu görmə əngəllilərinə dəstəyə və Burkino Fasodakı qadınların iqtisadı azadlığına maliyyə ayırır.

Ünvanlar: Port Baku - 1ci mərtəbə; Gənclik Mall - 2ci mərtəbə; Park Bulvar - 1ci mərtəbə

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.