Novruz süfrə bəzəyi – qədəhlərin yeri

17.03.2016

Bayramlarda, qonaqlıqlarda açılmış süfrə evin xanımının zövqündən və süfrə mədəniyyətindən xəbər verir. Bu elə mədəniyyətdir ki, hər bir xanımda olmağı vacibdir. Bunun üçün də bayram qabağı qonaqlarınızın çox olmasını nəzərə alıb sizə kömək etmək qərarına gəldik. Bu yazımızla sizi zövqlü süfrə bəzədilməsi yükündən azad edirik. Bayram süfrənizdə qədəhlərin qarışıq, səliqəsiz görünməsini istəmirsinizsə bu yazımız məhz sizin üçündür.

Masa bəzəyərkən hər şeydən əvvəl süfrəni düzgün, zövqlü şəkildə qurmaq lazımdır. Otağın dizaynından tutmuş qonaqlığın mövzusuna qədər hər şey düşünülməlidir. Masanın bəzədilməsi süfrə seçimindən başlayır. Bayramlar üçün açıq rəngli, eyni çalarda olan süfrə seçilməlidir. Süfrə masanın üzərini tamamilə örtməlidir və hər tərəfdən 20 sm sallanmalıdır. Süfrə masaya rahat otursun deyə onun altından masaya açıq rəngli başqa bir yumşaq parça salmaq yaxşı olar. Yemək üçün boşqab və çəngəl-bıçağın yerləşdirilməsi haqqında isə ötən yazılarımızdan oxuya bilərsiniz.İndi əsas mövzumuz qədəhlərin, stəkanın və fujerlərin yerləşdirilməsidir. 

İstənilən qonaqlıq süfrəsində stəkan və fujerlər büllur ya da ki, şüşədən olmalıdır. Su, limonad və meyvə şirəsi üçün olan stəkan ya boşqabın qarşı ya da sağ tərəfinə qoyulur. Digər təqdim olunacaq içkilərə uyğun fujer və qədəhlər su stəkanının yanına, sağ tərəfdən ardıcıllıqla düzülür.

Masanızdakı bütün qabların, xüsusilə də, qədəhlərinizin ideal təmizlikdə olmasına diqqət edin. Kiçik bir ləkə ən gözəl, zövqlə bəzədilmiş süfrəni korlaya bilər.





© 2015 foxy.azBütün hüquqlar qorunur.