Payızın 30 dəbli palto və plaşı

18.09.2015

Sentyabrın əvvəli palto və plaş almaq üçün ən mükəmməl vaxtdır. Mağazaların vitrinləri artıq mövsümün ən yeni kolleksiyaları ilə bəzədilib. Əgər siz mövsümün dəbinə uyğun olaraq bu üst geyimlərini axtarırsınızsa, o zaman plaşdan başlayın! Siz vaxtınıza qənaət etmək, eyni zamanda da dəbli görünmək arzusundasınızsa bej rəngli klassik trench coat alın. 

Mövsümün ən universal və maraqlı parçası isə 80-ci illərin uzun plaşlarıdır. Rəng baxımından isə ənənəvi bejə və ya qəhvəyiyə, hətta parlaq maviyə üstünlük veriləcək. Palto üçün siluet və üslub yığcamlıq olacaq – bir qatlı xalat və ya düz kəsilmiş forma. Rənglərdə isə xardal sarısı və pastel çalarlarında qəhvə rəngi, xaki və bordonun bütün çalarları göz oxşayacaq.





© 2015 foxy.azBütün hüquqlar qorunur.