“Rihanna” gün eynəkləri

07.06.2016

Keçən fevral ayında Nyu York Dəb həftəsi çərçivəsində Pumaya Feny X Puma kolleksiyası hazırlayan Rihanna LVMH Moët Hennesy Louis Vuitton ilə də yeni kosmetika markası üçün 10 milyon dollarlıq bir müqavilə bağlayıb. Vaxt keçmədi ki, uzun müddətdir marka üzü olduğu Dior ilə yeni bir layihəyə imza ataraq öz adını verdiyi yeni gün eynəkləri dizayn etdi.

Rihanna və Diorun yeni layihəsi artıq əks-sədaya səbəb olub. İkonik gün eynəkləri ilə tanınmış Rihanna dizayn etdiyi gün eynəklərində neon, ayna şüşə kimi detallardan istifadə edir. 6 fərqli rəngdə olan “Rihanna” gün eynəkləri iyul ayında dükanlarda satışa çıxacaq. Gümüşü, çəhrayı, mavi, yaşıl və qırmızı rəngdə olan bu eynəklərin qiyməti 840 dollar olacaq. Eyni zamanda 24 karat dəyərində olan qızıl suyuna çəkilmiş olan digər model 1950 dollara satılacaq.

Diorun gün eynəklərinin dizaynı ilə məşğul olan komanda ilə çalışmaqdan Rihanna olduqca razıdır. Eyniylə Diorun CEO-su olan Sidney Toledano da bu iş əlaqəsindən olan razılığını belə dilə gətirir: “Rihanna kimi ikonik tərz sahibi olan dünya ulduzu ilə iş əlaqəmizi davam etdirdiyimiz üçün sevinirik.”

Fütiristik cizgilərə sahib olan bu eynəklərin reklam üzü təbii ki, Rihannanın məhz özü olacaq.





© 2015 foxy.azBütün hüquqlar qorunur.