2015 - Payız saç rəngləri dəbi

16.09.2015
  • Bu payız saç stilistlərinin məsləhət gördükləri rənglər

    Yeni mövsüm kütlə üçün çox maraqlı olacaq. Geyimlər, aksessuarlar keçmişlə müasirliyin kəsimində özünü göstərərkən saçlar da modasevər xanımların diqqətindədir. Foxy də, bizdən saç rəngləri ilə maraqlanan oxuyucularımızın istəyini nəzərə alıb mövsümün saç rəngləri dəbini də araşdırdıq. 

    Öncəliklə qeyd edək ki, payız mövsümünün saç və saç rəngləri dəbində qıtlıq olmayacaq. Saç dəbində bir tərəfdən həcm, digər tərəfdən isə rənglər önə çıxacaq. Mövsümün favori rəngləri qızılı və mis çalarlardır.

  • Ombre uzun saçlarda daha gözəl görünür. Bu tip saçlarda köklər daha tünd, uclar isə açıq çalarlarda olur. Şatuşdan fərqli olaraq ombre saçların geniş sahəsini əhatə etmir, yanmış effekti vermir və kök ilə uclar arasında çalar baxımından kəskin ziddiyət olur.

  • Deqrade ombrenin əksidir. Belə ki, bu tip saç boyamasında saçların kökü açıq, ucları isə tünd çalarlarda olur və saçlar elə də həcmli görünmür. Burada tendensiya tünd kül rəng çalarında və sadəcə kül rəngində dəyişir.

  • Saçların boyanmasında daha bir texnikanı qeyd etmək istəyirik. Bu balyajdır. Balyaj fransız saç boyama texnikasıdır. Saçların təbii rəngi qorunaraq boyama üsuludur. Yuxarı hissə digər hissələrə nisbətən az miqdarda açıq tonda olmalıdır. Bu tip boyama saçlara təkcə “günəş işıltısı” effekti vermir, həm də həcm verir.

  • Brond – bu tip saç rənglərində karamel və yağlı çalarlarının olması sarışınların qaraşınlarla mübarizəsinə yardımçı olur. Ombreden fərli olaraq burada rənglərə daha yumşaq keçidlər olur. Lakin bütün çalarlar eyni tonda olmalıdır.

  • Paslanmış mis – isti və ya bal çalarlarındakı dəri ilə paslanmış mat mis və ya parlaq mis əla kombin yaradır.

  • Zəngin şokolad – payızın soyuq aylarında daha isti, daha cəlbedici, sirli gözəl görünmək istəsəniz daha tünd şokolad rəngini seçə bilərsiniz.

  • Şatuş – saçlar folqasız rənglənir, nəticədə sanki günəşdən yanmış kimi təbii saçlar yaranır. Bu saçların daha incə adı “Kaliforniya işiqlandırılması” adlanır. Əgər bu tip saç rənglənməsində nazik folqalardan istifadə olunursa o “american colors” adlanar.





© 2015 foxy.azBütün hüquqlar qorunur.