Payız trendləri

05.09.2015

Yayın isti günlərini yavaş-yavaş sərin havalar əvəzləyir. Bu o deməkdir ki, artıq payız astanadadır. Payız – yağışlı günlərlə bərabər bir az qalın geyinmək deməkdir. Bunu nəzərə alıb bu payız küçədə dəbli görünməniz üçün bəzi ipuclarımızı siz oxuyucularımızla paylaşacayıq. 

Başlayaq!

1. Zərif şarflar

Zərif şarflarınızla bu payız küçə dəbinə damğa vura bilərsiniz. Çox ucuz olan bu detalla cinslərinizi və ya küçə dəbinə uyğun olan hər hansı bir paltarınızı kombin etsəniz görünüşünüzdə fantastik yenilik etmiş olarsınız.

2. Pançolar

Pançoları nəinki küçə dəbində, hətta rahatlıqla istənilən stildə istifadə edə bilərsiniz. Amma küçə dəbində daha çox rast gəldiyimiz bu parça tərzinizə Bohem qaraçı həyat tərzi qatacaq. Pançolarla küçə tərzinizə modern görünüşlə yanaşı qədimlik də əlavə etmiş olarsınız.

3. Uzun pencəklər

Yun toplar, printli maxi toplar, palto stilli geyimlərlə yanaşı bu payız küçədə bol-bol uzun pencəklər geyinə bilərsiniz. 

4. 1970-ci illərin dəbi

Bu payız küçədə həm də tez-tez 70-lərin dəbinə rast gəlsəniz təəccüblənməyin! Çünki son bir neçə ildir ki, modada keçmişə dönüş yaşanır. 2015-ci ilin payız küçə stilində də bu vəziyyət hökm sürəcək. Əgər siz də 70-lərin dəbini sevirsinizsə modern tərzinizlə bu dövrü xatırladan geyimlərinizi rahatlıqla kombinləyə bilərsiniz. Xəzlər, saçaqlı geyimlər, pencəklər, trapes şalvarlar, yüksəkbel ətək və şalvarlar trend olacaq. Daha çox isti yaşıl, xaki yaşıl, qəhvəyi və boz rənglərin çalarları üstünlük təşkil edəcək bu tərzdə.





© 2015 foxy.azBütün hüquqlar qorunur.