Makiyaj brendləri və onların gizli mənaları

11.03.2016

Kosmetik məhsullar hər bir qadının həyatında mühüm rol oynayır, məhsul seçərkən gözəlliyi, keyfiyyəti ilə bərabər hansı brendə məxsus olmasına da diqqət yetiririk. Bəs gündəlik həyatımızın bir parçası olan makiyaj brendləri haqqında nə bilirik?

NARS

“NARS” makiyaj sənətçisi və fotoqraf François Nars tərəfindən qurulan  Fransız kosmetik və dəri baxım şirkətidir. Şirkətin adı bir çox makiyaj markası kimi yaradıcısının adından götürülmüşdür. Markanın ilk seriya xətti 1994-cü ildə Barneys New Yorkda satılan on iki dodaq boyası ilə işıq üzü gördü. Dodaq boyalarının gördüyü maraq Françoisə digər makiyaj kateqoriyalarına mənsub məhsullar yaratması üçün ilham verdi. Brendin müvəffəqiyyətiylə birlikdə “NARS”1996-ci ildə ilk reklam kampaniyasını təqdim etməyə qərar verdi. Məşhur bir fotoqraf tutacaq qədər büdcəsi olmayan François yavaş-yavaş bir sonrakı səviyyəyə keçərək, bacarığını göstərmə zamanının gəldiyini fərq etdi. “NARS”ın 1996-cı il Payız kolleksiyasının reklam kampaniyasında François ilk professional çəkilişinə imza atdı. Françoisin unikal fotoqrafiya tərzi dərhal fərq edildi və Fransız və Alman Vogue, Harper's Bazaar ilə Vanity Fair kimi jurnallar üçün çəkiliş etməklə vəzifələndirildi. Bunun yanında François “NARS”ın bütün reklam kampaniyalarının çəkilişini reallaşdırmağa davam etməkdədir.

Shiseido

Dünyanın həm ən qədim, həm də ən böyük kosmetik brendlərindən biri olan “Shiseido”nun adı Çin dilində şans mənasını verən “Yi Jing” kitabından alınmadır. Hərfi məna olaraq isə “ “Shiseido” ətraf aləmin bizə verdiklərinə məmnuniyyətlə yanaşan deməkdir. “Shiseido” 1872-ci ildə Tokio Ginzada Arinobu Fukuhara tərəfindən Yaponiyanın ilk xüsusi əczaxanası olaraq quruldu. O gündən bu yana “Shiseido”nun əsas fəlsəfəsi Qərbin elm və texnologiyası ilə Şərqin estetikası və həssaslığını birləşdirmək oldu. ”Shiseido” Clé de Peau Beauté, Jean Paul Gaultier, Issey Miyake, Narciso Rodriguez, Déclore, Carita, Nars kimi bir çox kosmetik markalarının sahibidir və dünyanın ən böyük 4-cü kosmetik şirkətidir.

Lancome

Kosmetik markaların arasında adı ən gözlənilməz yerdən gələnlərdən biri də ” Lancome”dur.  Adını Fransada artıq qalıntıya çevrilmiş qala olan “Château de Lancôme”dan alan markanın loqosundakı sarı çiçək də yenə buradan gəlir. Markanın qurucusu Armand Petitjeanın bu qalanı ziyarətində gördüyü çiçəklər “Lancome”un simvolu olaraq qalmışdır. “Lancome” 1935-ci ildə ilk olaraq Fransada parfum evi olaraq yaradılmışdır. 1964-cü ildən etibarən isə Lancome “L'Oreal Luxury Product”un bir hissəsi olaraq fəaliyyətinə davam etdi.

MAC

Makiyaj sevərlərin sevimlisi olan “MAC”ın adının açılışı "Makeup Art Cosmetics"dir (makiyaj sənəti kosmetikaları).1984-cü ildə  Kanadada Frank Toskan və Frank Angelonun birlikdə qurduğu “MAC”bizə çatmadan əvvəl, sektorun professionalları üçün hazırlanmışdı. Brend “Estée Lauder” şirkətinin bir hissəsi olaraq fəaliyyət göstərir.

Maybelline

Hər nə qədər maskaranın ilkin tarixi qədim Misirə gedib çatsa da, müasir maskara gözəllik dünyasında yeni sayılır. 1915-ci ildə New Yorkda kömür və vazelini qarışdırıb kirpiklərinə tətbiq edən və daha tünd rəngli və dolğun kirpiklər əldə edən Mabel Williams həm müasir maskaranın,  həm də “Maybelline” markasının təməllərini atmış oldu. Kimyagər olan böyük qardaşı Tom Lyle William da bu qarışığı laboratoriya mühitində təkmilləşdirmiş və maskaranın adını da bacısının adı Mabeldən yola çıxaraq, Maybell qoydu.. Bu ad zamanla dəyişmiş, tərkibində olan “Vaseline”ilə “Maybell”in qarışığı olaraq Maybelline ortaya çıxmışdır.

NYX

“NYX” adını təxmin edilənin əksinə New Yorkdan deyil, gözəlliyin və gücün simvolu olan Antik Yunan mifologiyasındakı gecə ilahəsi Nikstdən (Nikta) alır. “NYX” 1999-cu ildə Toni Ko tərəfindən yaradıldı. Və günümüzdə “NYX” uyğun büdcəli kosmetik məhsullar arasında makiyaj artistlərinin və həvəskarlarının sevimlisidir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.