Maskaranın tarixçəsi

08.03.2016

Bir çoxumuz kirpiklərimizi dolğunlaşdırmadan, uzatmadan ya da qıvırmadan makiyajımızın olduqca əksik olduğunu düşünürük. Bəs biz qadınların makiyajda əvəzedilməzi olan maskaraların tarixi haqqında nə bilirik?

Qədim Misirdə e.ə. 35-ci əsrdə qalan izlər göstərir ki, həm qadın, həm də kişilər maskara istifadə ediblər. Maskara Misirdə gözləri daha da dərinləşdirmək üçün kohl (sürmə) ilə birlikdə istifadə edilirdi. Görüntü gözəlliyindən başqa şər ruhları qovmaq üçün və xüsusi mərasimlərdə istifadə olunurdu. İlk maskaranın tərkibi isə elə də ürək açan deyil. Timsah nəcisi, bal və su tərkibli maskara sümük və ya fil dişi ilə çəkilirdi.

Orta əsrlərə gəldikdə Romanın tənəzzülü zamanı açıq alınlar və ağbənizlik dəbdə olduğundan maskaralar geri planda qalır. Lakin bu vəziyyət çox davam etmir, Victoria dövründə artıq qadınların makiyaj çantalarında ən vacib məhsul olur və şöhrətini geri qazanır.

XIX əsrdə Fransız kimya mühəndisi və parfumeri Eugene Rimmel maskaraların tərkibini dəyişdi. Vazelin və kömür istifadə edərək yeni tərkiblə maskara yaratdı və bu məhsula "Rimmel" adını verdi. 

1913-cü ildə TL Williams bacısı Maybel ilə birlikdə Rimmelin maskarası ilə bənzər tərkib yaratdı və satışa başladı. Məhz bu məhsulun satışı ilə Maybelline markasının əsası qoyuldu.

1957-ci ildə Helena Rubinstein fırça ilə tətbiq edilən krem şəklində maskaranı yaratdı. Rubinsteinin icadı ilə günümüzdəki maskaraların təməli qoyuldu.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.