Cins şalvarlar arasında qeyb olduq?!

11.02.2016

 Son illərdə dalbadal moda dünyasında çıxış edən cins şalvar modelləri, tam olaraq, başımızı döndürdüyünü deyə bilərik. Hətta adları belə baş qarışdırdı. O zaman, gəlin birlikdə son illərdə ən çox məşhurlaşan cins modelləri, adları, formalarını daha yaxşı aydınlaşdıraq, bəlkə də, bu yazıdan sonra hansı model istədiyinizi daha yaxşı aydınlaşdıra bilərsiniz...

Həmən başlayaq!

İspansayağı balaqlar

 70-ci illərdən bu günlərə gəlib, bizə yadigar qalan "İspansayağı balaqlar". 60-cı illərdə ilk olaraq Hippilərin ən önəmli geyimlərindən biri idi ancaq 70-ci illərdə məşhur şou aparıcıları Cher və Sonny Bono bir neçə dəfə geyindikdən sonra izləyicilər arasında bir axın başladı "Enli balaqlar" və bu axın getdikcə hər yeri bürüdü. Hippi olan,olmayan, kişi, qadın fərqi olmadan hər kəs artıq 70-ci illərdə bunu geyinməyə başladı. Həmin dövrdə balaq nə qədər enli olsa, bir o qədər yaxşı idi. Qadınlar isə hündür, platformalı ayaqqabılarla, qısa üstlərlə istifadə edirdilər enli balaqları. Təbii ki, o zamanlar qadınlar üçün daha çox cinsdən hazırlanırdı enli balaqlar. Bu keçən illərdən sonra yenidən təxmini 2005-2008-ci illərdə trend oldu və hələ də günümüzdə istifadə olunur. Enli balaqlar hər qadın bədəninin daşıya biləcəyi bir kəsim deyil. Dizaynerlər daha çox ayaq boyu uzun, incə xanımlara uyğun görürlər. Burada ən çox fikir verilməli olan isə balaqların uzunluğudur, mütləq ayaqqabıları örtəcək uzunluqda olmalıdır həmçinin ayaqqabının ucu görünə bilər. Və sonda hündür, platformalı ayaqqabıları altından rahatlıqla geyinə bilərsiniz.

"Skinny" cinslər

 Yəqin ki, gənclər arasında neçə ildir ki, varlığını, məşhurluğunu qoruyan yeganə cinsdir. Bütün bədənə tam oturaraq, bədənin hər qıvrımını göstərir və bu səbəblə də bu cinslərdə gözəl görünmək üçün, düzgün bədənə sahib olmaq qaçınılmazdır. Əmin olun, sizə artıq-əksik heç nə verməyəcək, nə var nə yox onu sərgiləyəcək bədəninizdə. Bir də buna bənzər "Slim fit" var ancaq o daha çox miniatür, kiçik boylulara uyğundur ki, bədənə biraz həcm verir.

Boyfriend cinslər

2000-ci ildə bir neçə xarici məşhur insan geyinəcək bir şey tapmadıqlarından oğlan yoldaşlarının qarderobuna əl attılar və beləliklə küçələrdə "Boyfriend" cinslər boy göstərməyə başladı. Təbii ki, bu trend ölkəmizə bir xeyli gec gəldi. Adından da göründüyü kimi qarşı cinsin qarderobundan götürüldüyü üçün beli aşağıda, bədənə boş, balaqları uzun olur və daha çox balaqları qatlanılaraq istifadə olunur. Bəli, ayaq boyu uzunluğunu bir xeyli qısaldır. Ancaq o qədər rahatdır ki, əl çəkmək çətindir bu modeldən.

Mom cinslər

90-cı illərdən bu günümüzə gəlib çatan cinslərdəndir. 90-cı illərdə "Mən artıq anayam" mənasına gəlsə də, günümüzdə gənc qızların sıxlıqla istifadə etdiyi geyimlərdəndir. Yuxarı bel olmağı səbəbi ilə boyu uzadır. Daha çox açıq rəngli cinslərdən hazırlanır. Həm çox "cool", həm də, qadınsı bir geyimdir. Bütün bunlara baxanda xanımların qarderobundan hələ önümüzdəki bir neçə il də çıxmayacağa bənzəyir.

Dad cinslər

"Mom" cinsə çox bənzəyən bir də, "Dad" cinslər vardır ki, aralarındakı fərqi görmək çətindir. "Dad" cinslərdə bel bandı daha rahat və boş olduğu halda (daha çox kəmərlə istifadə olunur), digərində isə bir xeyli yuxarıda və narahatdır. "Mom" cinsdə arxa hissə vurğulanır ancaq digərində deyil. "Dad" cinslərdə diz hissəsi düz gəlir, digərində isə, diz hissə biz olur yəni, vurğulanır. "Mom" cinslərdə balaqlar biləkdən yuxarıda bitir və ya qatlanır, digərində isə, biləkdən aşağıda bitir. Dediyimiz kimi, fərqlər hiss olunmayacaq qədər azdır.

Girlfriend cinslər

Bütün bu cinslərdən həmən sonra "Girlfriend" dəbə gəldi. Tam olaraq "Boyfriend" və "Mom" cinslərin arasında bir geyimdir. Bel bandı nə çox yuxarı nə çox aşağı, orta, dar olmayan, bədən cizgilərini bildirməyən, balaqları düz enən və bilək üstü bitən bir cins formasıdır. Bu da çox rahat olan cinslərdəndir, eyni zamanda artıq kiloları gizlətmək üçün yaxşı seçimdir.

Cropped flare

Və ən son dəbə gələn, trend olan cins modeli "Cropped flare" cinslər. Qısaca açıqlasaq İngilis dilindən tərcümədə enli balaq ("İspansayağı") cinslərin kəsilmiş forması mənasına gəlir. Balaqlarının qısa olmağı səbəbilə, boyu vizual olaraq daha uzun göstərir. Bəzilərində balağı tikilmiş, bəzilərində isə elə kəsilmiş görünüşü verir.

Bu da, son. Sadaladığımız cins modellərinin bəziləri dəbdən düşüb, bəziləri isə hələ də aktualdır. Ancaq cins elə bir geyimdir ki, hər bədən formasına uyğun bir  və ya bir neçə model olur, odur ki, əsas olan bədən formanıza ən uyğun cinsi tapmaqdır.

Müəllif: Güllü

 

 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.