Belimizdəki dəb – Bel çantalarının dəb dünyasına gəlişi

18.04.2017

2014-cü ildə “haute couter” dizaynerləri rəsmi olaraq idman ayaqqabılarını donlarla geyinməyə "razılıq verdilər". Bundan sonra demək olar ki, istər mass brendlər, istərsə də lüks brendlər öz kolleksiyalarında idman ayaqqabılarına geniş yer verməyə başladılar. Və indi belə bir hal bel çantalarında da baş verir. Çünki son bir neçə mövsümdür ki, demək olar ki, bütün brendlər öz çanta kolleksiyalarında rahatlıqla “cool” görüntünü özündə birləşdirən bel çantalarına geniş yer verirlər. Bəs necə oldu ki, bel çantaları dəb dünyasında yayılmağa başladı? Bu suala cavab olaraq biz də bel çantalarının dəb dünyasında peyda olmasını, inkişafını araşdırdıq və “Dəb gündəliyi” rubrikamızda bu dəfə məhz bel çantalarından yazırıq.

Miuccia Prada-nın 1984-cü ildə parlaq neylon loqotipli bel çantasını təqdim etməsi dünya modasında ajiotaj doğurdu. Bu, bizim qarderobumuza sərbəstlik gətirən bel çantalarının taleyinin başlanğıcı idi. O yeni nəsillərə yol açan, bütün brendləri qarşısına alan moda dünyasının “Nirvana”sı olmağı bacardı. Və təsadüfi olmadı ki, 80-ci illərin sonu, 90-ların əvvəlində bütün gənclər cins və dəri gödəkçələrilə bel çantaları götürməyə başladılar. Bununla da, bel çantalarının yüksəlişi başladı və dəb sahəsində öz yerini möhkəmləndirdi. Həmin dövrdən bel çantalarının zamşa, dəri, cins, velvet kimi materiallarda müxtəlif formaları müxtəlif brendlərin kolleksiyalarında yer aldı.

Qeyd etdiyimiz kimi, bu rahat aksesuar son üç mövsümdür ki, dəbdəb düşmür ki, düşmür. Buna görə də, Louis Vuitton, Fendi, Moschino, Mulberry, Lacoste, Blumarine kimi moda evləri və dizaynerlə də bir neçə kolleksiyasını məhz bel çantalarına həsr ediblər. Belə ki, Louis Vuitton bel çantalarını dəri şalvar və palto ilə geyinməyi, Fendi ətəklər və qısa üst geyimlərilə, Moschino isə qısa qara donla uyğunlaşdırmağı təklif edib.

Sonda isə biz sizə hardan və hansı qiymətə dəbli bel çantalarını əldə edə bilərsiniz təqdim edirik:

1. Zara bel çantası – 89 AZN

2. Pull&Bear ikiçalarlı bel çantası – 45 AZN

3. Mango metal tutacaqlı bel çantası – 89 AZN

4. Bershka geniş minimalist bel çantası – 49 AZN

5. Stradivarius şəffaf bel çantası – 49 AZN





© 2015 foxy.azBütün hüquqlar qorunur.