Caspian Vogue: "Dəb həftələri tərzinizi göstərmək üçündür"

12.05.2016

Artıq məlumdur ki, 13 -15 may tarixilərində  Bakı Dəb Həftəsi 2016 payız-qış kolleksiyasının təqdimatı olacaq. Təbii ki, çox saylı qonaqlar da dəb nümayişini izləməyə gələcək. Elə bu məqsədlə, sizin dəb həftələrinə hazırlığınızı asanlaşdırmaq üçün Caspian Vogue bloqunun yazarı Aynur Güzellə “Bakı Dəb Həftəsi”nə hazırlıq çəkilişimizi etdik. Aynur Güzelin məsləhətlərilə birlikdə həmin çəkilişimizi sizə təqdim edirik.

- Dəb həftələrinə hazırlıq prosessi üçün 3 ən əsas nüans nədir?

Dəb həftələrinə ümumiyyətlə, bir həftə əvvəl hazırlaşmağa başlamaq lazımdır. Hava durumuna baxıb artıq “look”ları beynində yaratmaq lazımdır. Hazırlığa bir gün öncədən başlamaq bir az gecdir. Bu sizi çaşbaş sala bilər. Bəzi nüansları səhv görə bilərsiniz.

Ümumiyyətlə, mənim tövsiyyəm qarderoba baxıb geyim seçməkdir. Dəb həftəsi üçün gedib təzə geyimlər almağa ehtiyac yoxdur. Əslində yayı qışla, qışı yayla qatıb “look” da yaratmaq olar. Dəb həftələri elədir ki, qışda yaz geyimi də, geyinə bilərsən. Mənə görə, dəb həftələri geyim üçün maliyyə xərclənəcək tədbir deyil.  Ümumiləşdirsək, 3 nüans bu ola bilər ki, hazırlıqlara bir həftə öncədən hava durumana baxaraq başlamaq lazımdır; öz qarderobundan geyimlər seçiməlidir; nümayişlər haqqında öncədən məlumat əldə edilməlidir.

- Geyim seçərkən əsasən nəyə diqqət edilməlidir?

Geyim seçərkən əsasən, gedəcəyiniz nümayişlərə diqqət etmək lazımdır. Nümayişlərdən sonra kokteyllərə qatılacaqsınızsa ona uyğun geyinilməlidir.

- Dəb həftələrinə getdiyimiz zaman özümüzlə mütləq nə götürülməliyik?

Əslində heç nə. Çünki dəb həftələrinə xüsusi makiyaj da lazım deyil. Bu, zövqlə əlaqəlidir. Çox adam “nude” makiyaj edir, bəzən isə heç dodaq boyası da, istifadə edilmir. Telefon və dəvətnamə kifayət edir.

- Uzun nümayişlərdən sonra Caspian Vogue istirahət etmək üçün nə məsləhət görərdi?

Dəb həftələri təşkil olunan yerlərdə kafe və ya lounge olur. Mercedes Benz-in təşkilatçılığı ilə keçirilən moda həftələrində xüsusi yerlər olur ki, orada pulsuz wi-fi, içki, qəlyanaltı olur. Nümayişlər arasında uzun vaxt varsa gedib “look”unuzu dəyişib də gəlmək olar. Qısa aralarda isə dostlarla, tanışlarla söhbətləşə və ya fotosessiya edə bilərsiniz.

- Ayaqqabı və çanta seçimi necə?... Caspian Vogue-un tövsiyyələri?

Əslində dəb həftələrində ən böyük qayda qaydasızlıqdır. Çanta və ya ayaqqabını dəstləşdirməyə bilərsiniz. İdman tərzli ayaqqabı ilə klassik çanta dəstləşdirə bilərsiniz. Bu sizin fantaziyanıza qalan nüansdır.

- Azərbaycanda təşkil olunan Dəb Həftələrindən gözləntilərin....

Dəb həftələrinə dəvət olunan insanların tanınmış adamlar olması vacib deyil. Dəb həftəsinə aidiyyatı olan, zövqdən başı çıxan adamlar dəvət olunmalıdır. Dəb həftəsini elə təşkil etmək lazımdır ki, xarici medianın diqqətini çəkə biləsiniz. Bu Dəb həftələri ölkə üçün yox, ölkədən kənar üçün təşkil olunmalıdır. Burada təşkil olunan dəb həftələrinə demək olar ki, heç bir xarici media gəlmir.  Mən əminəm ki, bu dəb həftələrinin təşkilatçılarının çoxu xaricdə keçirilən dəb həftələrinə heç getmirlər. Əgər getsələr daha fərqli yanaşardılar. Standartı formalaşdırardılar. Elə götürək Tiflis Dəb Həftələrini... Ora gedirlər və oradan heç bir nüansı götürüb gətirə bilmirlər. Dəb həftələrinin təşkilatçıları mütləq xaricdə təşkil olunan dəb həftələrinə getməlidirlər.

- Caspian Vogue-un dəb həftəsi izləyicilərinə tövsiyyələri...

Geyim yenə dediyim kimi, dəb həftələrinin təşkil ediləcəyi məkana uyğun seçilmir. Gedəcəyiniz nümayişə uyğun seçilir. Bu toy mərasimi deyil. Gecə paltarına ehtiyac yoxdur. Stil seçməyə ehtiyac yoxdur. Stilinizə uyğun seçimlər etməlisiniz. Mən “casual” geyinirəmsə ora gedərkən gecə paltarı geyinmək olmaz. Bu özünüzün yansımasıdır. Bir cins şalvarla adi T-shirt də kombin edib geyinə bilərsiniz. Dəb həftələrində “street fashion” çəkən fotoqraflar da yoxdur. Fotoqraflar əgər “street fashion” çəksəydilər o zaman fərqlilik də yaratmaq olardı. Bizdə iştirakçıların çoxu toya hazırlaşan kimi geyinib gedirlər. Əgər iddialı olmaq istəyirsinizsə dünya ilə uyğunlaşın. Parıltılı ətəklə adi T-shirt geyinin. Tərzinizi danışdırın. Bura geyim yarışması deyil. Bura bazardan aldığın köynəyi də geyinə bilərsən, Chanel-dən çanta da götürə bilərsən. Dəb həftələri tərzinizi göstərmək üçündür. Tərzinizin danışdığı yerdir. Qarderobunuzdakı bahalı geyimlərin nümayişi deyil. Burada sən də, ön planda deyilsən. Sənin tərzin danışmalıdır.

 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.