In the `DAM`

05.05.2016

Damda olan bu fotolarımdakı dəstim, gündəlik həyatda maraqlı görsənmək və rahat ola bilmək üçün yaxşı seçimdir. Sadə cins şalvarın üstündən, original t-shirt geyinərək, şörtü arxadan bu şəkildə bağlayaraq maraqlı bir görünüm əldə etmək olur.

Əl işi olan original ayaqqabıların üstündəki çəhrayı lent geyimə və həmçinin də şəkilə maraq qatır. Kiçik və tünd rəngli saat bu dəst üçün yetərli aksesuardır.

Gödəkçəm, geyimdəki rənglərlə kontrast yaradaraq xoş bir görünüş əldə etmək üçün imkan yaradır.

Cins – Zara

T-shirt – Rafiqa Erkin

Gödəkçə - Burberry

Ayaqqabı – Rafiqa Erkin

 

Fotoqraf – Roman

Blogger – Banuçiçək Hacılı





© 2015 foxy.azBütün hüquqlar qorunur.