Womenshealthaz: "Sağlam qidalanma dieta deyil, bu həyat tərzidir"

20.04.2017

“Sağlam qidalanmaq lazımdır” cümləsini tez-tez ətrafımızda eşidirik.Lakin qəbul etmək lazımdır ki, günümüzdə bu iradə tələb edən mərhələdir. İlk öncə sağlam qidanlanmanın bir mexanika olmadığını, psixoloji və sosial adaptasiya tələb edən mərhələ olduğunu bilməliyik. Məqsədlərimizə çatmaq üçün bu yolda gədərkən addımları vərdişə çevirməliyik. Bu cümlə hər məsələ üçün , əsasən də həyat tərzimizi dəyişəcək qidanlanma üçün də keçərlidir.

Nə etməliyik?

 Sağlam qidalanmaın diet olmadığını qəbul etmək

 Qısa bir zamanda nəticə gözləməmək

 Gündəlik qidalanmanı hər gün eyni vaxtda etmək

 Aktiv həyat tərzinə keçmək

 Gündəlik qəbul ediləcək su miqdarını artırmaq

Sağlam qidalanma dieta deyil, bu həyat tərzidir. “Yaz gəlir arıqlamalıyam” cümləsinin əvəzinə bütün il boyu eyni formada olmaq deməkdir. İnsanın özünə etdiyi hədiyyədir və bədəninə olan sevginin sübutudur. Təbiətin bizə bəxş etdiyi kifayət qədər məhsul olduğu halda nə üçün qatqılı məhsullar seçək? İnanın ki, bunun qarşılığını mütləq alacaqsınız . Uzunmüddətli prosses olmasına baxmayaraq mükəmməl nəticə əldə edəcəksiniz. Qidalanmanızda ziyanlı bildiyiniz, sizi narahat edən məhsulları rasiondan çıxardın. Bu proses qısa zamanda öz təsirini vermir, çünki orqanizim artıq müəyyən qidanlamağa alışıb.

Bədəninizə yüklənmə vermədən ziyanlı qidaları hər gün menyudan uzaqlaşdırın. Restoran və kafelərdə seçim edərkən belə məqsədinizi (Sağlam həyatı seçdiyinizi) unutmayın. Bu mümkündür!

Bəs nədən başlayaq?

Özünüzü hazır bildiyiniz andan etibarən, şokaladı meyvə dilimləri ilə əvəz edərək başlayın. Yeməklərinizi sadə reseptlər ilə özünüz hazırlayın. Duzun miqdarını hər gün azaldın, istifadə etdiyiniz yağ növünü zeytun yağına dəyişin. Sadə (məsələn- tərəvəz , göyərtilərdən) hazırlanan salatlara üstünlük verin, sous olaraq isə zeytun yağı- limon qarşımının dadına baxın, çox bəyənəcəksiniz. Qızardılmış yeməkləri, buxarda bişirin, bu yeməkləri daha da dadlı tam verir. Səhər yeməyi menyusununa müxtəlif dadlı smuzilər əlavə edin. Şam yeməyinizi isə daha yüngül edin.

Aktiv həyat tərzinə keçin. Günün istənilən vaxtı , vaxtınız olduğu zaman təmiz hava da sürətli addımlar ilə gəzin. Gedəcəyiniz yerə çatmaq üçün bir dayanacaq öndə düşərək piyada gedin. Maye növünü suya dəyişin! Sadə su qəbul etmək ilk başda çətin olarsa, meyvə dilimləri, nanə yarpaqları və ya darçın çubuqları əlavə edərək, dad qatın! Çayınızı özünüz hazılayın, nanəli çayın dadına baxmısınız?

“Fast- food, unlu- qatqılı, hazır satışda olan qidalar , ketçup və mayonezdən “ istifadə etmək olmaz deməyə düşünürəm ki, ehtiyac yoxdur.  Bunun sosial tərəfini də unutmayın, fərdi olaraq düzgün qidanlanmağa, sağlam həyat tərzinə başladığınızda ətrafınızdakıları da buna cəlb etmiş olacaqsınız. Sizin kimi cəsarətli dostlarınız var! Qərarlı olun! Həyatınızda digər əldə etdiyinz uğurlarınız kimi,bunu da bacaracaqsınız! Heç kim sizin qərarınızdan döndərməsin. Pozitiv dəyişimlər sizə motivasiya verəcək. Günü bü gündən başlayın, Sizə inanırıq!

Sağlamlığınızda problem olduğu təqdirdə mütləq həkiminiz ilə məsləhətləşin.

Məqalə həvəskar sağlam qidanlanma səhifəsi istifadəçiləri tərəfindən yazılıb. Səhifəni izləyərək, hər gün yenilənən paylaşım və yazılarda su, çay, smuzi, səhər, nahar, şam yeməyi reseptləri ,həmçinin məlumat xarakterli informasiya əldə edib, fikirlərinizi bölüşə bilərsiniz. Sizin ilə ünsiyyətdə olmaq çox maraqlı olacaq!

İnstagram –da olan səhifəmizin linki: https://goo.gl/UNggc5





© 2015 foxy.azBütün hüquqlar qorunur.