Just Aygun: "Vedi Napoli e poi muori” - Neapol təəssüratları

08.11.2016

Siz də Neapolu sevirsinizsə və ora səyahət eləmək fikrindəsinizsə getməmişdən öncə Aygünün yazdığı kiçik postu oxumağınız məsləhətdir. 

"Vedi Napoli e poi muori” bu sözlərin mənası isə budur,  “Neapolu görüm, sonra ölüm”. Məndə eyni bu sözləri işlətdim, qarşımda açılan bu möhtəşəm mənzərə haqqında.  Ancaq Neapol sakinləri bu cümləni bir az  zarafat kimi dəyişib belə ediblər: “Neapolu görüb, öləcəksən! ”. 

Sizin də  anladığınız kimi, bu yazıda gözəl, Bakının qardaş şəhəri adlanan, Italyanin Neapol şəhərindən bəhs edəcəm. 

Neapol, Italiyanin ən qədim və çox tarixli şəhərlərindən  biridir. Italiyanın əsl koloritini,abu-havasini, ruhunu görə bilərsiniz bu şəhərdə.Məhz Neapol şəhərii, her birimizin sevdiyi pizzanin paytaxti sayılır. Əsas da bu aiddir Margarita pizzasina. 



Demək, kral Umberto I kralichesi Marqarita Savoyali pizzani oz sevimli yeməyi kimi təsdiqləyir sarayında və bu pizzanin adını  onun şərəfinə adlandırırlarr, Margarita. 

Hər ilin sentyabr ayında Neapolda pizza festivali keçirilir. Məsləhətim sizlərə, səyahətiniz elə o aya salin, bol-bol pizzanin dandina baxa biləsiniz.Ancaq bir tərəfdən də hər küçəsində  Neapolun “Pizzaria”lar doludur. Hər küçədən pizza ətri gəlir,  mmmm.



Onu da qeyd edim ki bir neçə dəfə restoranların mətbəxlərinə  girib şansım oldu ki, video kadrlar çəkim. 

Küçələrini gəzdikcə, lap İçəri Şəhəri xatırladırdı mənə Neapol, daşlı, dar, səs-küylü, əsl həyat dolu küçələr.... 



Mənfi tərəfi nəzərə alın ki, kasıb  insanlar çox yaşayır bu şəhərdə, üstəlik məşhur bir mafia var, şəhəri  kontrol edən, Qamorra adli. Buna görə də,oğruluq çoxdur şəhərdə. Nə üçün bunu deyirəm, çantalarınızdan  ehtiyatli olun, o dar, daşlı küçələri gəzdikdə. Hər 2-ci sakinin Mopedi var Neopolda, oğrularda elə o mopedlərdə öz işlərini edirlər, heç kim tuta bilmir. 

Neapol,həm də qəhvənin paytaxı sayılır. Günah olar ki, bura gəlib  əsl yeni dəmlənmiş  espresso içməsəniz. Unutmadan yazım, Italiyanın məşhur dondurmalari - "jeloto" nun mütləq dadına baxmalısınız. Peşman  olmayacaqsiz. Öncə yazdığım kimi, Neapol özü sanki Bakı, onun sakinləri sanki, azərbaycanlılardır. Çox  oxşarlıqlarımız  var.


Mütləq nəyi etməlisiniz Neapolda əgər soruşsanız, o zaman deyim sizə. Mütləq və mütləq Vezuviy vulkanına səyahət edin, şəhərin mərkəzində və portunda turistik nöqtlələr var,onlardan Vezuviy vulkanina və tanınmış qədim Pompey şəhərinə tur gəzintiləri ala bilərsiz. Vezuviy Avropanin ən təhlükəli vulkanlarindan biri sayilan,onun püskürməsi nəticəsində  Pompey şəhərinin yox olması bunlarin hamisi əsl tarixi atmosfer yaradir orda olduqda. 

Qədim qalalari Heç demirəm, Castel dell” Ovo, Castel Nuovo, Castel Sant’Elmo.Hər birinin yuxari mərtəbəsindən çox gözəl mənzərə açılır həm Neapola, həm Vezuviye, həm də Tirreney dənizinə.

Neapol səfərimin vbloqu ilə isə buradan tanış ola bilərsiniz: 

Youtube; Facebook and İnstagram

Just Aygun 





© 2015 foxy.azBütün hüquqlar qorunur.