Bloqçu tövsiyyəsi: Mövsümün makiyaj çantası

05.11.2016

Artıq hər kəsə məlumdur ki, bu mövsüm sıx kirpiklər, parlaq çəhrayı yanaqlar, təbii qaşlar  və diqqətçəkən dodaqlar dəbdədir. Bu ilin makiyaj trendini bəzilərimiz çox bəyənirik, bəzilərimizin isə heç ürəyincə deyil. Biz məşhur bloqçu və vizajistlərdən bu ilin makiyaj trendi haqqında soruşduq. Çox maraqlı fikirlər ortaya çıxdı. Gəlin baxaq görək bu ilin makiyaj trendinə bloqçularımızın fikri necədir?

Nargiz Sakin - freelance vizajist

- Bu ilin Payız-Qış makiyaj dəbi sizin ürəyinizcədirmi?

Əlbəttə, yeni trend hər zaman yenilikdir və hər dəfə daha da mükəmməlləşir. Çünki yeni kosmetik məhsullar kəşf olunur. 

- Bu mövsüm makiyaj çantanızda nələr var? Nələr əlavə edilib?

Bu mövsüm makiyaj çantamda dəyişən sadəcə dodaq boyalarının rəngidir.

- Bəs xanımlara makiyaj çantalarında nələrin olmasını məsləhət edərdiniz?

BB və CC krem məncə bütün makiyaj çantalarında olmalıdır. Bildiyiniz kimi onlar nəmləndirici xüsusiyyətə malikdirlər, həm də SPF qoruyucu funksiyası var. Bəzi xanımlar gündəlik həyatda tonal kremdən ümumiyyətlə istifadə etməyi sevmirlər. Ancaq BB və ya CC krem istifadə etsələr bu onların da ürəyincə ola bilər.

- Bu mövsüm daha çox nələr ön planda olmalıdır?

Bu mövsüm daha çox parlaq göz kölgələri və dodaqlar dəbdədir. Artıq dodaqlar matdan bir az yarım - mata keçid edir. Kirpiklər yenə ön plandadır. Ümumiləşdirsək, dodaq və kirpik qış mövsümünün əsas amilləridir. 

- Bu mövsüm favori ətriniz?

Ətirə gəldikdə mən bir ətri bir neçə sezon işlədə bilərəm, əgər çox sevirəmsə. Qışda Tom Ford White Patchouli, yayda isə Lancome Est vie belle favorim olaraq qalır. 

eh_laleh bloqunun yazarı Lalə 

- Bu ilin Payız-Qış makiyaj dəbi sizin ürəyinizcədirmi?

Bəli, bu ilin makiyaj dəbi tam ürəyimcədir. 

- Bu mövsüm makiyaj çantanızda nələr var? Nələr əlavə edilib?

Makiyaj çantamda bordo dodaq boyası və rəngli qaş tuşu var.

- Bəs xanımlara makiyaj çantalarında nələrin olmasını məsləhət edərdiniz?

Xanımlara makiyaj çantasında dodaq balzamı və qaş məhsulları daşımağı məsləhət görürəm. 

- Bu mövsüm daha çox nələr ön planda olmalıdır?

Bu mövsüm dodaqlar və qaşlar ön planda olacaq.

- Bu mövsüm favori ətriniz?

Favori ətrim Chanel-dir. Chanel-in bütün çalarları

mouradova.com bloqunun yazarı Sevinc

- Bu ilin Payız-Qış makiyaj dəbi sizin ürəyinizcədirmi?

Bu ilin payız - qış makiyaj dəbi ürəyimcədir. Parlaq göz kölgələri əsl 60-70-ci illərin party, əyləncə havasını küçələrdən podiumlara, qrafik eyeliner"lər isə podiumlardan küçələrə daşınıb. Hələ neçə mövsümdür hökmranlıq sürən qalın qaş dəbi lap ürəyimi fəth edib, qalın qaş həvəsinə düşmüşəm. Ümumiyyətlə, çox makiyaj edən deyiləm, mənim üçün gündəlik makiyaj sadə ənlik və dodaq boyasından ibarətdir. Hətta  çantamda da sadəcə bunları daşıyıram.

- Bu mövsüm makiyaj çantanızda nələr var? Nələr əlavə edilib?

Mənim çantamda əsla makiyaj çantası tapmaq olmaz. 

- Bu mövsüm daha çox nələr ön planda olmalıdır?

Bu mövsüm dodaqlar ayrı, gözlər ayrı öndədir. Kimə hansı daha xoşdur onu da vurğulaya bilər. 

- Bu mövsüm favori ətriniz?

Sevimli parfümum illərdir dəyişməz olaraq qalır - Chanel eau Fraiche

toostyle.co bloqunun yazarı Turan 

- Bu ilin Payız-Qış makiyaj dəbi sizin ürəyinizcədirmi?

Bəli, çox ürəyimcədir. 

- Bu mövsüm makiyaj çantanızda nələr var? Nələr əlavə edilib?

Bu mövsüm qışa uyğun dərimi qurutmayacaq tonal krem axtarışındayam, hələ ki qərar verə bilməmişəm. Ən çox mat və tünd rəngli dodaq boyaları almağa üstünük verirəm. 

- Bu mövsüm daha çox nələr ön planda olmalıdır?

Məncə insan özündə nəyin gözəl olduğunu dəqiqləşdirməli və onu hər mövsüm önə çəkməlidir. 

- Bu mövsüm favori ətriniz?

Christian Dior- Miss Cherie  

Lavanda.az bloqunun yazarı Əsmər

- Bu ilin Payız-Qış makiyaj dəbi sizin ürəyinizcədirmi?

Ürəyimcədir. Hər kəs öz zövqünə oxşayacaq detalları tapa bilər bu il. 

- Bu mövsüm makiyaj çantanızda nələr var? Nələr əlavə edilib?

Tünd bordo dodaq boyası, twiggy eyes makiyajına uyğun tuş

- Bəs xanımlara makiyaj çantalarında nələrin olmasını məsləhət edərdiniz?

Qışda xanımların dərisi çox quruyur. Ona görə də mütləq şəkildə əl və üz nəmləndiricisi çantada olmalıdır.  

- Bu mövsüm daha çox nələr ön planda olmalıdır?

Hər qış olduğu kimi bu mövsümdə də ya gözlər, ya da dodaq ön planda olmalıdır. 

- Bu mövsüm favori ətriniz?

Bu payız favori ətrim Hermes Galop idi. Qış favori ətrimi isə hələ seçməmişəm. 

NaviStyle bloqunun yazarı Nazrin

- Bu ilin Payız-Qış makiyaj dəbi sizin ürəyinizcədirmi?

Makiyaj trendlərindən bu il metallik, parıltılı göz kölgələri önə çıxır. Əlavə olaraq 80-ci illərin makiyaj trendi bu mövsüm podiumlarda çox istifadə olundu. Smoky eyes və liner hər zaman olduğu kimi aktuallığını saxlayır. Ürəyimcə olan, soyuq mövsümdə ən çox sevdiyim tünd dodaq boyaları da çox gözəl görünür.

- Bu mövsüm makiyaj çantanızda nələr var? Nələr əlavə edilib?

Makiyaj çantamda əsasən dodaq nəmləndiricisi, konsiler və maskaradır bu sezon. Fikrimcə must-have 3 makiyaj vasitəsidir. Nude və torpaq tonlarına üstünlük verirəm. Gündəlik olaraq çox makiyaj etmirəm. Dodaqlarım quru olduğundan mat rənglərə çalışıram üstünlük verməyim, amma mat dodaq boyası vuranda nəmləndirici ilə çəkirəm. Üzə qulluq hissəsindən isə göz və üz kremi. Burun ətrafı dərimdə quruluq əmələ gəlib mövsün keçidinə görə.

- Bəs xanımlara makiyaj çantalarında nələrin olmasını məsləhət edərdiniz?

Üz, gözətrafı və dodaqlar üçün nəmləndiricilər

- Bu mövsüm daha çox nələr ön planda olmalıdır?

Üz quruluşundan asılı olaraq, önə çıxan ya dodaqlar ya da gözlər olmalıdır fikrimcə. Tövsiyyə edərdim gözlərdə azacıq parıltılı göz kölgəsi, dodaqlara isə tünd mat dodaq boyaları vursunlar. Bunun üçün də sərfəli makiyaj brendi tövsiyyə edə bilərəm, çünkü özün hər zaman ordan alıram. ColourPop brendinin göz kölgələr və maye mat dodaq boyaları çox gözəl seçimdir. Rəng çeşidi və $6 qiyməti çox əlverişli variantdır

- Bu mövsüm favori ətriniz?

Favori ətrim Chloe Roses de Chloe və Miss Dior, lakin əlavə olaraq Gucci Guiltyni bu mövsüm üçün favorilərə əlavə etdim 





© 2015 foxy.azBütün hüquqlar qorunur.