Yeni ətir: Miss Dior Absolutely Blooming

31.10.2016

Dior brendinin Miss Dior ətirləri seriyasına sevgim hələ tələbəlik illərimdə yaranmışdı. Aldığım ilk “Miss Dior”-mu yeni il partisi üçün istifadə etmişdim və elə oradaca itirmişdim. Xülasə, yarandığı vaxtdan hər təzə flaqmanı  ilə istifadəçilərini sevindirən, çox vaxt da çaşdıran Miss Dior bu il daha bir ətrini təqdim etdi.

Parfümer Francois Demachy-nin yeni övladı Miss Dior Absolutely Blooming meşə giləmeyvələri, moruq, qarağat, şirəli nar notları ilə açılır. Daha sonra bu partlayan notlara çəhrayı istiot notları əlavə olunur və ətrin şirin qoxusunu sakitləşdirir. Ətrin əsas notları isə yenə də dəməşq və qrass qızılgülü qalıb. Onların vəhdəti müşk və pionla əhatə olunub. Dəriyə vurduqda əvvəlcə çox şirin gəlir qoxusu, lakin təqribən 20 dəqiqə sonra açılır və hardasa əvvəlki Miss Dior Cherie edp ətrini xatırladır.

Ətir 30ml, 50ml, 100ml ölçülərdə təqdim olunub və siması yenə də əsrarəngiz Natalie Portman seçilib.

Əsmər Xankişiyeva

lavanda.az bloqunun yazarı





© 2015 foxy.azBütün hüquqlar qorunur.