Bəzək-düzək – 2016 yaz/yay aksessuar dəbi

19.04.2016

Bir qadının geyimi və aksessuarları onun daxili dünyasından xəbər verir. Geyim və aksessuarlarelə parçalardır ki, biz qadınlar haqqında digərlərində təsəvvür yaradır, ipucları ötürür. Aksessuarlar geyimi tamamlayan ən vacib faktordur. Onlar sadə, diqqət cəlb etməyən geyimi belə bir anda şıq, göz qamaşdıran edə və ya əksinə, səhv istifadə edildikdə gözəl geyimi zövqsüz göstərə bilir. Buna görə də, mövsümün ən dəbli xanımı olmaq, geyiminizi daha yaxşı vurğulamaq, daxili dünyanızın daha zəngin olduğunu əks etdimək üçün bəzək-düzək əşyalarınızı da düzgün seçməlisiniz. Hələ də, göz oxşayan, sizi ulduza çevirəcək axsessuarlarınız yoxdursa əvvəlcə 2016-nın yaz/yay aksessuar dəbi haqqında etdiyimiz alış-veriş araşdırmasına göz atın, daha sonra isə mağazalara üz tutun.

Zərif aksessuarlar

Qəribə dizaynı və fərqli tərzlərilə rastlaşdığımız bu zərif və gözəl parçalar dizaynerlər tərəfindən hər hansı bir sadə geyimi ön plana çıxartmaq üçün hazırlanıb. Kolleksiyalarda etnik tərzlə yanaşı, botanika bağını xatırladan tərzlər də diqqət çəkir. Kiçik bir çiçək ilə birləşdirilmiş parça boyunbağı olduqca eleqant təsir bağışlayır. 

Matchy-matchy sırğalar

Mövsümün aksessuar trendlərinin ən yenilikçi aksessuarlarından biri matchy-matchy sırqalardır. Artıq hər iki qulaqda eyni sırğalar dəbi keçmişdə qaldı. İndi isə sırğalar digərindən kiçik detallarla da olsa fərqlənirlər. Rəng fərqi belə artıq kobud səhv sayılmır. Yarpaq formalı sırğalar bir-birindən fərqli çalarlarda olduqda daha gözəl təsir bağışlayır. Kənarları fərqli həndəsi formalı uzun, yarım ay şəkilli sırğalar da şıq dizayn işləri arasındadır.

Tək sırğa dəbi

Tək sırğalar cəsur və riski sevən xanımlar üçün əla seçimdir. Bir sırqanı unutmuş kimi davranmaq trendilə bu mövsüm çox rastlaşacayıq: çiyinə qədər uzanan tək sırğalar, daşlı sırğalar, sədəfli sırğalar tək sırğa dəbi arasında öndə olacaq modeldir.

Bədən aksessuarları

Ümumilikdə x formasına sahib asiya tərzli lüks bədən aksessuarları qıçlara qədər uzanan şəkildə dizayn edilib. Eyni zamanda bu aksessuarlar arasında sinəni örtən formaları da var. Sərt gümüş zəncirli bədən aksessuarları da var ki, onları krujevalı geyimlərlə dəstləşdirdikdə daha yaxşı görüntü yaradır.

Massive qarışıq aksessuarlar

Ağır massiv aksessuarlar futuristik bir hava qatmaqla görüntünü ön plana çıxardır. Belə aksessuarlar sanki sehirləyici təsirə də malikdir. Bir neçə zəncirin metal zəncirlərlə bir araya gəlməsilə ortaya çıxan metal boyunbağı tamamilə boyunu örtür. Böyük ölçülü labirint sırqalar isə sanki itmək hissini yaşadır. Belə aksessuarlar həm də, şlyapalarda da ön plana çıxır.

Ayaq biləyi üçün aksessuarlar

Hindistanlı gəlinlər arasında 20-ci əsrdə ənənəvi parçalar halına gələn, qərb mədəniyyətində çox məşhur olan aksessuarlarla yaz-yay mövsümündə də tez-tez qarşılaçacayıq. İki qatlı, muncuqlu və sədəfli formalılar daha qabarıq olacaq. Belə ayaq biləyi aksessurları incə dabanlı ayaqqabılarda istifadə etsəniz daha göstərişli “look” ortaya çıxacaq.

Afro-Amerikalı qəbilə aksessuarları

Belə aksessuarlar sizdə sanki Bob Marley Reggae tərzli musiqi dinləyir ya da ki, Amazon meşələrində gəzərkən təsiri bağışlayır. Heyvan və ya qəbilə üzükləri kimi bir çox qat-qat üzüklər, fildişi boyunbağılar diqqət çəkir. Əsasən, Afro aksessuarlar boyunbağı ya da kəmərlərdə önə çıxacaq. Müxtəlif ölçülü yuvarlaq boyunbağılar yuvarlaq detallı damla sırqalarla dəstləşdirilir. 

Manşet və bauble bilərziklər

2016 dəb göstərilərində bilərziklər ya bir qolda ya da ki, hər iki qolda yer alır. Manşet bilərziklər bahalı daşlarla bəzədilib, aralarında metalik hörgüləri olanlar da diqqət çəkir. 2016 yaz-yay aksessuarları arasında Dolce&Gabbana tərzli abadoklar, nazik bel kəmərləri, çil-çıraq formalı sırğalara da rast gəlmək olur.

İndi isə alış-veriş üçün mağazalarımıza "baş çəkək":

Mango - 19,90 AZN

Mango - 29,90

Zara - 29,00 AZN

Zara - 45,00 AZN

Zara - 29 AZN - tək sırğa

Zara - 45 AZN

Stradivarius - 15 AZN

Zara - 39 AZN

Uğurlu və dəbli alış-verişlər hər kəsə! 





© 2015 foxy.azBütün hüquqlar qorunur.