Alt paltarı alarkən bilməliyik

09.12.2015

Qarderobumuzun və biz qadınların məhrəm dünyasının ən vacib hissəsini alt paltarları təşkil edir. Demək olar ki, də bütün qadınlar bu vacib parçaları diqqət edərək seçirlər. Rənginə, formasına, cəlbediciliyənə, rahatlığına və s. görə üstünlük verilən alt geyimlərimizi də seçərkən müəyyən qaydalara diqqət etməliyik. Çünki alt geyimi seçmək üstü geyimimizi seçdiyimiz qədər asan deyil. Belə ki, onların üstümüzdə gözəl görünməsindən əlavə, rahat olmağı da vacibdir. Bu vacibliyə əsas səbəb onun bütün gün üstümüzdə olmasıdır. Elə bunu nəzərə alıb Foxy bu haqda sənin üçün alt paltarı alarkən diqqət etməli olduğun hiylələri paylaşır. Bədənə uyğun, rahat və dar olmayan alt paltarlarına üstünlük verməlisən.

- Birinci əsas qayda geyindiyimiz alt geyimlərin 100% pambıq materialdan olmalıdır. 

- Sintetik materialdan olan nəinki alt geyimləri, hətta üst geyimləri geyinmək heç də məsləhətli deyil. 

- Digər əsas məsələ isə, alt paltarı alarkən parçasının elastik və yumşaq olmasına diqqət edilməsidir. 

- Geyimlərin tikişləri zəncirvari olmalıdır ki, bədənə zərəri dəyməsin. 

- Ağ rəngi sevirsənsə alt paltarı alarkən bu sevgini “boğmalısan”. Çünki həddən artıq ağ rəng parçanın təkibinə zərər verə bilər. 

- Mütləq diqqət ediləməli olan nüanslardan biri də, alt paltarının markasıdır. Bu çox vacibdir. Əmin olduğun markadan alış-veriş etsən heç bir problem yaşamazsan.

- Vaginal bölgədə problem yaşayan qadınlar yaxşı olar ki, seçimlərini pambıq materialdan yana istifadə etsinlər və ətək geyinsinlər.

- Sinəni sıxan, narahatlıq verən büstqalterini tulla bir kənara. Əvəzində sinənə rahat oturan, bədən formasına uyğun büstqalter istifadə et.

- İsti havalarda da neylon materialı bir kənara atmalısan. Çünki tərləyən zaman göbələk mikrobları yarana bilər.

- Hamiləlik müddətində sinənin ölçüsü tez-tez dəyişdiyindən büstqalter ölçüsünü diqqətdə saxlamaq lazımdır. Xüsusilə son aylarda sinə ucları həssaslaşdığı üçün sintetik geyimlərdən uzaq durmaqda fayda var.

- Dar alt paltarı havalanmanın qarşısını alaraq mikroorqanizmaların yaranmasına səbəb olur. Yaş bikini və ya nəm alt paltarı bu infeksiyanın daha da artmasına gətirib çıxarır.

İstifadə zamanı

- Geyimlər etiketdə göstərildiyi kimi təlimata uyğun yuyulmalıdır. 

- Hörgülü parça dartılan xüsusiyyətə malikdir. Buna görə də asarkən və ütüləyərkən son dərəcədə diqqətli olmalısan.

- Alt paltarlarını yuduqdan sonra mütləq ütüləməlisən ki, mikroorqanizmalar ölsün. 

- Geyimləri ütüləyərkən çox dartmamalısan.

- Alt geyimlərini mütəmadi və ya tez-tez yenisi ilə əvəz etməlisən.

- Onları yuyarkən mümkün olduğu qədər yumşaldıcı vasitələrdən istifadə etmə. Çünki o maddələr geyimlərin üzərində qalaraq kimyəvi mikrobların yaranmasına səbəb olur. 

Büstqalter seçimi 

- Həmişə sinəni tam yığan büstqalter geyin. Çünki yaxşı büstqalter sinəni qaldıraraq beli ortaya çıxarmalıdır.

- Nazik ipli geyimlərdən istifadə edirsənsə bu zaman büsqalter iplərinin görünməyinin heç bir zərəri yoxdur. Təbii ki, büsqalterin çox gözəl olmalıdır.

- Sinəsi böyük olmayan amma büstqalter geyinməyəndə sinə ucları bilinən qadınlar onlara tonal krem çəkə bilərlər.

- Büstqalter və alt geyimini seçərkən üst geyimlərinlə eyni ya da ki, daha açıq rəngdə olmasına diqqət et.

İç camaşırında xüsusilik

- Ağ və ya altdakını bildirən geyimlərlə dəri rəngli iç camaşırı geyinə bilərsən.

- Selülit sənin də gözəllik “bəla”ndırsa o zaman nazik materialdan olan geyimlərinlə streç iç camaşırı geyinmə.





© 2015 foxy.azBütün hüquqlar qorunur.